Xoşagəlməz hadisələr Allahın imtahan alətlərindəndir. Ona görə də bəzən insan heç bir günah və xəta etmədiyi halda bəzi xoşagəlməz hadisələrə məruz qalır. Eyni şəkildə, yaxşı hadisələr də bu imtahan üçün başqa bir vasitədir.
Quranda buyurulur:
«و لَنَبْلُوَنَّكُم بِشَىءٍ مِنَ الخَوفِ وَالجُوعِ و نَقصٍ مِنَ الاموالِ وَ الانفُسِ وَ الَّثمَراتِ وَ بَشِّرِ الصّابِرینَ»
“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (Bəqərə, 155).