IQNA

Kərbəla beynəlxalq Quran yarışlarının nəticələrini elan

16:22 - July 14, 2023
Xəbər sayı: 3494459
KERBELA (IQNA) - İkinci dəfə keçirilən Kərbəla Beynəlxalq Quran Müsabiqəsinin nəticələri açıqlanıb. Qurani-Kərimin tilavətində İmam Hüseynin (ə) hərəminin təmsilçisi və Qurani-Kərimin hifzi üzrə İmam Rza (ə) hərəminin nümayəndəsi birinci yerləri qazanıblar.

"İQNA"-nın Kərbəlaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bazar günü, iyulun 9-u İmam Hüseynin (ə) hərəminin həyətində başlayan müqəddəs ziyarətgahlar və mübarək yerlərin nümayəndələri üçün beynəlxalq Quran müsabiqəsinin ikinci turu cümə axşamı, iyulun 13-də qalibləri tanıtmaqla işini başa çatdırdı.

Münsiflər heyətinin qərarına əsasən Qurani-Kərimin tilavətində İmam Hüseynin (ə) hərəminin təmsilçisi Seyyid Abdullah Zuheyr Əl-Hüseyni birinci, Həzrət Məsumənin (s) hərəminin nümayəndəsi Mehdi Təqipur ikinci, Qəzvində Seyyid Hüseyn ibn Əli ibn Musar-Rzanın (ə) hərəmindən Seyyid Mustafa Hüseyni üçüncü, Cəmkəran məscidinin qarisi Şeyx Meysəm Həmidi dördüncü, Əfqanıstanın Məzari-Şərifindən Uveys Əhmədian isə beşinci yerə layiq görülüb.

Həmçinin Qurani-Kərimin hifzi bölməsində İmam Rzanın (ə) hərəmindən Məhəmməd Xakpur birinci, Cəmkəran məscidindən Əhməd Mötəmədi ikinci, Həzrət Məsumənin (s) hərəmindən Məhəmməd Rza Əhmədi üçüncü, Əfqanıstandan Məzari-Şərifindən Mehdi Müzəffəri dördüncü, İmam Əlinin (ə) hərəmindən Əli Əsgər Şahid Əl-Mənsuri isə beşinci yeri qazanıb.

4154795

captcha