IQNA

İsveçdə Quran yandırmaq kimi iyrənc hərəkətin təkrarlanmasına İraqdan reaksiyalar

10:43 - July 21, 2023
Xəbər sayı: 3494488
BAĞDAD (IQNA) – İsveçdə Quran yandırma cinayətinin təkrarlanmasından sonra Bağdad İraqın hörmətini müdafiə etmək üçün İsveçlə diplomatik əlaqələri kəsmək və bu ölkənin səfirini ölkədən çıxarmaq qərarına gəlib.

"İQNA", "Firat News"-a istinadən xəbər verir ki, İsveçdə Quran yandırma cinayətinin təkrarlanmasının ardınca İraq hökuməti Quranın müqəddəsliyini, İslami müqəddəs şeyləri və İraqın suverenliyini müdafiə etmək üçün bu ölkənin diplomatik nümayəndəliyini İsveçdən çıxarmaq qərarına gəlib və ölkənin Bağdaddakı səfirindən İraqı tərk etməsini istəyib.

İraq prezidenti həmçinin Allahın kitabını və İraq bayrağını təhqir etməyi qətiyyətlə pisləyib.

  İraq prezidenti Allahın Kitabını və İraq bayrağını təhqir etmək kimi məsuliyyətsiz davranışı qətiyyətlə pisləyərək, İsveç hökumətinin inanclara və müqəddəs şeylərə hörmətlə yanaşmamasından təəccübləndiyini bildirib.

İraq parlamenti də bu gün İraqın İsveçdəki səfirliyi qarşısında baş verənlərdən təəssüfləndiyini bildirib və hökumətin hərəkətlərini dəstəkləyib.

Həmçinin Nuri Əl-Maliki bu hərəkətlərə cavab olaraq bildirib: "Biz İslam ölkələrindən istəyirik ki, İraqın İsveçlə əlaqələrini kəsmək və bu ölkənin səfirini ölkədən qovmaq mövqeyini sərgiləsinlər. Heç kim İslamı, müsəlmanları və ilahi dinləri təhqir etməyə imkan verməsin.

Habelə İraqın rabitə naziri Stokholmda Qurani-Kərimə və İraq bayrağına hücuma görə bu nazirliyin və onun təşkilatlarının bütün İsveç şirkətləri ilə ticarətini qadağan edən əmr verib.

Media və Kommunikasiyalar Departamentinin rəhbəri Əli Əl-Müəyyid də İsveç hökumətinin Qurani-Kərimi və İraq bayrağını yandırmaq icazəsinə cavab olaraq, İsveçin Ericsson telekommunikasiya şirkətinin İraqda fəaliyyət göstərmək üçün lisenziyasını dayandırıb.

İraqda fəaliyyət göstərən digər İsveç şirkətləri də təhlükəsizlik tədbirləri və hərbi qüvvələrin mühafizəsi səbəbindən bu günü qorxu və narahatlıq içində keçiriblər.

4156600

captcha