"İQNA", "Anadolu"nun ərəb bölümünə istinadən xəbər verir ki, Danimarkanın baş naziri deyib: "Mən heç kimin başqalarının kitablarını yandıra bilməməsini ifadə azadlığına məhdudiyyət kimi görmürəm".
O, mümkün qadağanın problem yaratmadığına işarə edərək, əlavə etdi: "Məlum təhlükəsizlik riskləri var. Eyni zamanda, bizim beynəlxalq aləmdə təcrid olunma riskimiz var. Bu məsələ indi xüsusilə problemlidir, çünki biz tərəfdaşlıq və koalisiya yaratmaq üçün çoxlu səylər göstəririk".
Danimarkada Qurani-Kərimə qarşı təhqirlər davam edir və cümə axşamı ifrat sağçı qrup müsəlmanların müqəddəs kitabını növbəti dəfə təhqir edib.
4160060