IQNA

Fransada müsəlman qızlara geyimlə bağlı qadağa

23:15 - August 28, 2023
Xəbər sayı: 3494673
PARİS (IQNA) - Fransa hökuməti müsəlman şagirdlərin geyimi ilə bağlı yeni məhdudiyyət tətbiq edib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadən xəbər verir ki, Fransanın təhsil naziri yeni tədris ilindən öncə bəyan edib ki, dövlət məktəblərinin şagirdlərinə məktəbdə olarkən enli və uzunluğu maksimum olan geyimlər geyinmək olmaz.

Mən qərara gəldim ki, əbayanı (çadraya bənzər geyim – red.) daha məktəblərdə istifadə etmək olmayacaq. Siz sinifə daxil olarkən, ilk baxışdan şagirdlərin dinlərini görməməlisiniz“, – deyə nazir Qabriel Attal bildirib.

Xatırladaq ki, Fransa hökuməti 2004-cü ildə məktəblərdə müsəlman şagirdlərə hicabı qadağan edib.

captcha