IQNA

Milyonlarla zəvvar “Ərbəin” günlərində Kərbəla müsibətini yad edirlər

18:32 - September 06, 2023
Xəbər sayı: 3494705
KƏRBƏLA (IQNA) - Bu günlərdə dünyanın müxtəlif ölkələrindən milyonlarla zəvvar İmam Hüseynin (ə) Ərbəin mərasimində o Həzrətin (ə) hərəmini ziyarət edirlər.

Kərbəlaya piyada gələrək İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərini ziyarət edərən zəvvarlar “Ərbəin” əzadarlığı üçün yas tuturlar.

Bu il, Kərbəlada izdiham o qədər olub ki, müqəddəs hərəmlərə yaxınlaşmaq belə mümkün deyildi, ziyarətgahın yanındakı keçid yerlərindən həyətin girişinə və hərəmin özünə qədər sıxlıq hakim idi.  

Zəvvarlar göz yaşları və mərsiyə ilə ziyarətə gəldikdə, hərəmin nurlu mənzərəsini gördükdə sanki bütün halı, ruhiyyəsi dəyişirdi.

Dünən gecədən etibarən əzadarlıq dəstələri İmam Hüseyn (ə)-ın hərəmini və  Beynül Hərəmeyni ziyarət etdikdən sonra Həzrət Abbasın (ə) hərəminə daxil olublar. Müxtəlif ölkələrdən gələn zəvvarların yürüşü səhərə qədər davam edib və daha sonra Kərbəlada səhər namazı qılınıb.

Səhər azanından bir neçə saat sonra əzadarlıq dəstələri yenidən ziyarətgahlara daxil olaraq əza məclisi qurdular. Ərbəin gecəsi və onun səhəri Kərbəlada cəmiyyət axını olduqca çox idi. Bununla belə hələ də zəvvarlar Kərbəlaya doğru hərəkət edirlər.

Kərbəla əhval-ruhiyyəsini bütün olduğu kimi təsvir etmək heç də mümkün deyil. Allahdan bütün ziyarətlərin qəbulunu və İmam Hüseynin (ə) şəfaət qapısından azuqə aparmağı diləyirik.

captcha