IQNA

Yaxın illərdə Ərbəin zəvvarlarının 40-50 milyon nəfərə çatacaq

18:44 - September 06, 2023
Xəbər sayı: 3494706
NƏCƏF (IQNA) - Yaxın 10 ildə Ərbəin zəvvarlarının sayı 40-50 milyon nəfərə çatacaq.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, bu barədə İraqın Kərbəla şəhərinin qubernatoru Nəsif Cəssim əl-Xəttabi bəyan edib.

O deyib ki, Kərbəla şəhəri bugünlərdə misilsiz zəvvar sayının şahidi olmaqdadır və İmam Hüseynin (ə) ziyarət etmək üçün xaricdən də milyonyolarla zəvvarlar gəlir.

Əl-Xəttabinin sözlərinə görə, Ərbəin zəvvarlarının builki sayı keçən ildəkindən çox olacaq.

Kərbəla şəhərinədki otellərin cəmi 70 min nəfəri qəbul etmək imkanı olduğunu deyən qubernator “xarici zəvvarların sayının 5,5 milyon nəfərə çatdığını” və bununla bağlı dövlət mehmanxanaları və qonaq evlərinin, həmçinin əyalətdə turizm sektorunun əlavə dəstəyinin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, İraq hökumətinin məlumatına görə, bu il Ərbəin günü Kərbəlanı 20 milyondan çox insanın ziyarət edəcəyi gözlənilir.

Həzrət Abbas (ə) Hərəminin statistikasına əsasən, keçən il Ərbəin gününədək Kərbəla şəhərinə 21 milyon 198 min 640 zəvvar daxil olmuşdu. (şəfəqna)

captcha