"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, 8 gün ərzində Əl-Əzhərin nəzarəti altında Feysəl İslam Bankının Quran hifzi müsabiqəsinin ikinci turunun fəaliyyətinə start verilib.
Əl-Əzhər məscidində Qahirə, Giza, Qalubiyyə, Şərqiyyə, Qarbiyyə, Menofiya və Daxaliyyə əyalətlərindən bu yarışlarda iştirak etmək üçün müraciət edənlərdən imtahanlar götürülür.
Bu yarışlar “Əl-Əzhər” və “Feysal İslam Bankı” arasında əməkdaşlıq çərçivəsində, Qurana diqqət və onun gənclərə öyrədilməsi istiqamətində keçirilir.
Əl-Əzhərin elmi fəaliyyətinin baş nəzarətçisi Əbdül-Moneym Fuad dedi: "Əl-Əzhər tərəfindən Feysəl İslam Bankı ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu müsabiqənin ikinci turunda qaliblərə 1,5 milyon lirə qədər pul paylanacaq.
O, bu müsabiqədə iştirak edənlərin sayının 3800-dən çox olduğunu və onların ölkənin müxtəlif bölgələrində sınaqdan keçiriləcəyini bildirib.
4168097