IQNA

Mərakeşdə zəlzələdən zərər çəkən uşaqların Quran tilavəti

17:41 - September 16, 2023
Xəbər sayı: 3494751
RABAT (IQNA) – Mərakeşdə zəlzələdən zərər çəkmiş uşaqların hökumətdən yardım aldıqdan sonra Quran tilavəti videosu sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

"İQNA", "Lalə Fatimə"-yə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri arasında mərakeşli zəlzələdən əziyyət çəkən uşaqların hökumətdən yardım aldıqdan sonra Qurani-Kərimdən ayələri oxuduqları video yayılıb.

Mərakeş və digər ərəb ölkələrindəki sosial media istifadəçiləri uşaqların bu hərəkətini tərifləyərək bunu dini tərbiyə və gözəl əxlaq əlaməti kimi qiymətləndiriblər. Bir çoxları zərərin bərpası və zərər çəkmişlərə yeni mənzillərin verilməsi üçün yardımların artırılmasını istəyiblər. Xüsusən də payız fəslidir və soyuq hava yaxındır.

Bu münasibətlə Fransanın “Bulart” stadionunda Mərakeş və Burkina-Faso hazırlıq oyununun tamaşaçıları kollektiv Fatihə oxuyublar. Bu addım son zəlzələ zamanı Mərakeş xalqı ilə həmrəyliyi ifadə etmək və bu faciəli hadisədə həlak olanların ruhunu şad etmək məqsədilə həyata keçirilib.

4168906

captcha