IQNA

Əqidə prinsipləri; Nübüvvət / 37

Peyğəmbərlərin Allahdan istəkləri

6:47 - October 18, 2023
Xəbər sayı: 3494879
TEHRAN (IQNA) – Peyğəmbərlər peyğəmbərlik vəzifəsini yerinə yetirmək üçün Allahdan kömək diləyirdilər. Onların dualarının bir qismi Quranda ifadə olunur.

Dini təbliğ etmək və Allahın mesaj və göstərişlərini insanlara çatdırmaq yolunda Allahın peyğəmbərləri Allahdan bir neçə şey istəyirlər:

  1- Sieyi-sədr (köksümü genişləndir): "Dedi: Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbr və hövsələ ver)" (Taha, 25).

  2- İşlərin asanlığı: “İşimi mənə asanlaşdır” (Taha, 26).

  3- Mesajın başa düşülməsi. “Sözümü başa düşsünlər” (Taha, 28).

  Buradakı incə məqam ondan ibarətdir ki, Musa peyğəmbərin (ə) Allahdan istədiyini Allah İslam peyğəmbərinə (s) istəmədən verib: "Məgər Biz sənin sinəni genişləndirmədikmi? Yükünün ağırlığını səndən götürmədikmi?" (İnşirah, 1-2).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha