İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, İƏT-in Qəzzədəki vəziyyətlə bağlı fövqəladə iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedən xarici işlər naziri Hüseyn Əmir Abdullahian burada İƏT-in baş katibi Hüseyn İbrahim Taha ilə görüşüb.
İclasda Abdullahian qeyd edib ki, İsrailin Qəzzada törətdiyi hərbi cinayətləri, xüsusilə xəstəxana hücumunu sənədləşdirmək və bu cinayətləri törədən İsrail rəsmilərinin beynəlxalq məhkəmələrdə mühakimə olunmasına zəmin yaradılması üçün bu məsələ ilə bağlı İƏT daxilində hüquq qrupu yaradılmalıdır.
İranlı nazir İƏT-ə üzv ölkələrin İsrailə qarşı “tam embarqo”, o cümlədən neft embarqosu tətbiq etməyə və İsrail səfirlərinin ölkədən çıxarılmasına çağırıb.
İKT-nin baş katibi Taha bəyan edib ki, İKT İsrailin hücumlarına son qoymaq üçün ortaq mövqe nümayiş etdirməlidir.