IQNA

İsrailin Qəzza hücumlarında şəhid sayı 4 min 137-yə yüksəldi

13:02 - October 21, 2023
Xəbər sayı: 3494893
QƏZZƏ (İQNA) – Sionist rejimin oktyabrın 7-dən blokadada olan Qəzzə zolağına həyata keçirdiyi hücumlarda 1524-ü uşaq olmaqla 4137 fələstinli şəhid olub.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra keçirdiyi mətbuat konfransında hücumlarda yaralananların sayının təxminən 13 min olduğunu, 7 xəstəxananın isə tamamilə xidmət göstərə bilmədiyini vurğulayıb.

Qudra oktyabrın 7-dən etibarən sionist rejimin blokada altında olan Qəzzə zolağına həyata keçirdiyi hücumlarda 1524-ü uşaq olmaqla 4137 fələstinlinin şəhid olduğunu açıqlayıb.

Qudra İsrailin Qəzzədə Rum Ortodoks Kilsəsini birbaşa hədəfə alması nəticəsində 16 fələstinli xristianın şəhid olduğunu açıqlayıb.

captcha