IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 49

Kafirlərin qəlblərinin sərtliyini ifadə edən bir məsəl

8:22 - November 14, 2023
Xəbər sayı: 3494990
TEHRAN (İQNA) – Kafirlərin və münafiqlərin qəlbləri çatlamaz, düşməz və dəmir kimi möhkəmdir. Etdiklərinin puç olduğunu bilsələr də, haqqı tapdalayıb batili seçirlər.

Kafirlərin qəlblərinin sərtliyini ifadə edən bir misal Bəqərə surəsinin 74-cü ayəsidir: "Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!".

Bu ayədə bəni-israilin bir çox nümunəvi hadisələrdən sonra israrla düşüncəsiz, rəğbətsiz, eqoist və kobud insanlara çevrildikləri belə izah edilir ki, daşlar belə, ümumiyyətlə, Allahın qanunlarına uyğun gələrək məhsuldar və faydalı ola bilsələr də, onlar ilahi əmrlərə qarşı laqeyd qalaraq üsyan edir və beləliklə, faydasız və nəticəsiz bir həyat sürürlər.

Bəzi daşlar parçalanır və onlardan fəvvarələr axır. Bəzi daşlar var ki, Allahın qorxusundan və qəzəbindən düşür. Bunlar Allahın zikri gəldiyi zaman təvazökarlıq, qorxu və təşvişlə dolu olan, əməllərinin aqibətindən qorxan qəlblərdir. Halbuki, kafirlərin qəlbləri çatlamır, yarılmaz, dəmir kimi sərt qalırlar. Etdiklərinin səhv olduğunu bilərək haqqı tapdalayır, batili seçirlər.

Ustad Hüseyn Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.

4120157

captcha