IQNA

Əqidə prinsipləri; Tövhid / 45

Bağışlanmayan günah

20:37 - November 20, 2023
Xəbər sayı: 3495014
TEHRAN (İQNA) – Allaha şərik qoşmaq dini ədəbiyyatda bağışlanmaz günahlardandır. Şirkin mənasına və onun arzuolunmaz nəticələrinə müraciət etmək bu xüsusiyyəti bizim üçün daha aydın edir.

“Nisa” surəsində bu mövzu iki dəfə, 48 və 116-cı ayələrdə qeyd olunur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə, böyük günah etmiş olur” (Nisa, 48).

 "Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır" (Nisa, 116).

Şirkləri aradan qaldırmaq tövhiddən əvvəl gəlir. Çünki xarab olan qidaları atmadan boşqaba sağlam qida qoymaq mümkün deyil. Tövhid şüarında “La ilahə” kəlməsi “İlləllah” sözündən əvvəl gəlir. "La ilahə illallah", yəni Allahdan başqa məbud yoxdur. Quran şirkin mənşəyinə toxunur. "Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar)” (Ənkəbut: 41).

“(Ya Rəsulum!) De: “Göylərin və yerin Rəbbi kimdir?” (Kafirlər bu sualın qarşısında aciz qaldıqda) de: “Allahdır!” De: “Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi (bütləri, tanrılarımı) özünüzə dost (hami) edirsiniz?!” De: “Heç korla görən (kafirlə mömin) və ya zülmətlə nur (küfrlə iman) eyni ola bilərmi?! Yoxsa onlar (müşriklər) Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)” (Rəd, 16).

“Allahdan başqa ibadət etdikləriniz, hamısı bu məqsəd üçün bir araya gəlsələr belə, bir milçək yarada bilməzlər! “(Həcc, 73).

 “Möminləri qoyub kafirləri dost tutanlar öz aralarında izzət axtarırlar? Bilsinlər ki, bütün izzət yalnız Allaha məxsusdur” (Nisa, 139).

Qarun, Firon və Nəmrudun ətrafındakılarının Allahın qəzəbinə necə mane ola bilmədiklərini görmədikmi?

Allahdan başqasına güvənənlər heç bir nəticə əldə edə bilmədilər. Allahın İbrahim peyğəmbəri (ə) oddan, Yusifi (ə) quyunun dibindən, Yunisi peyğəmbəri (ə) balığın qarnından, Məhəmməd peyğəmbəri (s) evini mühasirəyə alarkən bütün təhlükələrdən qorumağa qüdrəti var.

  • Möhsin Qəraətinin yazdığı "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha