IQNA

Fələstinə dəstək verən əlcəzairli futbolçuya həbs cəzası

8:23 - December 20, 2023
Xəbər sayı: 3495150
İQNA – Fransanın "Nitsa" klubunun əlcəzairli futbolçusu sosial şəbəkələrdə Qəzzadakı müharibəyə reaksiyasına görə həbs cəzası ilə üzləşib.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Fransanın "Nitsa" klubunun əlcəzairli futbolçusu Yusif Ətal sosial şəbəkədə tutduğu mövqeyə və fələstinli din xadiminin paylaşımına görə Fransa məhkəməsi tərəfindən 10 aylıq şərti həbs cəzasına məhkum edilib.

Yusif Ətaldan son hökm çıxana qədər onun üçün müəyyən edilmiş cəzanı şəxsi İnstaqram səhifəsində tam bir ay yayımlaması tələb olunur.

Daha sonra o, Nitsa məhkəməsinin qarşısına çıxdı və burada prokurorlar onu “terrorizm və ictimai nifrət və ya zorakılığa çağırış”da ittiham etdilər. Lakin ondan “terrorçuluq” ittihamı götürülüb və o, yalnız “irqi nifrət yaymaqda” ittiham olunub.

Bu əlcəzairli oyunçu Qəzza zolağı xalqı ilə həmrəyliyini ifadə etmək üçün İnstaqram hesabında fələstinli imamın klipini yayımlamışdı.

Yusif Ətal Nis məhkəməsinin hakimi qarşısında dindirilərkən siyasi meyllərini inkar edərək deyib: Mənim siyasi partiya ilə heç bir əlaqəm yoxdur. Mən sadəcə futbolçuyam. Əslində, videonu yerləşdirəndə nə sahibinə, nə də onun meyl etdiyi tərəfə rast gəlməmişdim.

O, əlavə etdi: “Videonu o zaman mövcud olan şərtləri nəzərə alaraq sülh mesajı olduğunu gördüm və təəssüf ki, videonu sona qədər görmədiyim üçün yenidən paylaşdım və peşman oldum”.

Əlcəzair millisinin sağ müdafiəçisi açıqlamalarını belə davam etdirib: “O videonun bu qədər səs-küy yaradacağını gözləmirdim, Nitsa klubunun idman direktoru mənə zəng edənə və dərhal videonu silənə qədər bunu normal hesab etdim”.

Sonda o, Fələstin bayrağı ilə çəkdirdiyi foto ilə bağlı bunları deyib: “Bu şəkil Fələstinlə həmrəylik üçün Əlcəzair milli komandası ilə çəkilib”.

4188893

captcha