IQNA

Pakistan XİN-dən İsrail açıqlaması

Pakistan XİN-dən İsrail açıqlaması

0:01 - December 23, 2023
Xəbər sayı: 3495157
IQNA - Pakistan Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Mümtaz Zəhra Bəluç bildirib ki, İslamabad İsrailin Qəzzada davam edən hücumlarına görə narahatdır.

Paytaxt İslamabaddakı Xarici İşlər Nazirliyinin binasında keçirilən həftəlik mətbuat konfransında açıqlama verən Bəluç İsrail rəsmilərinin müstəqil Fələstin dövlətini rədd edən açıqlamalarına işarə edərək deyib:”İsrail bu bəyanatlarla əsl niyyətlərini nümayiş etdirir”.

Bəluç Pakistanın İsrailin Qəzzada davam edən hücumlarına görə  narahat olduğunu dilə gətirib və İsrailin Fələstin xalqına qarşı kampaniyasına son qoymaq üçün beynəlxalq səyləri dəstəkləməyə davam edəcəklərini önə çəkib.

Teqlər: islamabad ، İslam ، pakistan
captcha