IQNA

Kərim Benzema Fransanın daxili işlər nazirini məhkəməyə verib

12:47 - January 19, 2024
Xəbər sayı: 3495322
İQNA - Qızıl top mükafatlı ulduz futbolçu Kərim Benzema Fələstinə verdiyi dəstəkdən sonra ölkəsində yüksək səviyyəli siyasətçilərin hədəfinə çevrilib.

“TRT Xəbər”in verdiyi məlumata görə, uzun illər “Real Madrid”də çıxış etdikdən sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına transfer olunan 35 yaşlı futbolçu sosial media hesabında “Qadın-uşaq ayırd etmədən haqsız bombardmanların qurbanı olan Qəzza sakinləri üçün dua etdi”yini paylaşımından sonra hədəfə çevrilib.

Bu yazının ardınca Fransanın daxili işlər naziri Gerald Darmanin, "hər kəs Benzema-nın Müsəlman Qardaşları ilə əhəmiyyətli əlaqələri olduğunu bilir" dedi.

Benzema 92 səhifəlik şikayətində Müsəlman Qardaşları ilə heç vaxt zərrə qədər də əlaqəsi olmadığını bildirib.

Keçmiş Real Madrid ulduzu dedi: “Mən pis reputasiyam səbəbindən siyasi oyunlarda nə qədər istifadə edildiyinin fərqindəyəm. Oktyabrın 7-dən sonra baş verən hadisələrin bundan daha böyük izahata layiq olduğunu nəzərə alsaq, bu, daha böyük qalmaqaldır”.

Onun vəkili Hugues Vigier Fransanın RTL telekanalına açıqlamasında futbolçunun "siyasi istismarın" qurbanı olduğunu bildirib və naziri "Fransada parçalanma yaymaqda" ittiham edib.

Darmanin daha əvvəl Kərim Benzema-nı başqa səbəblərdən, o cümlədən Fransanın dövlət himnini oxumaqdan imtina etməsi və “sosial şəbəkələrdə prozelitizmi” ilə hədəf seçmişdi.

captcha