"İQNA"-nın verdiyi məlumata görə, Petro deyib ki, “yemək istəyən 100-dən çox fələstinli Netanyahu tərəfindən öldürüldü. Bu, soyqırım adlanır və dünya gücləri bunu qəbul etmək istəməsə belə, bizə Holokostu xatırladır. “Dünya Netanyahunun qarşısını almalıdır.
Media bildirir ki, Qəzza zolağının cənub hissəsində yerləşən Xan Yunis şəhərinin cənub hissələri şiddətli partlayışlarla silkələnib.
Sionist rejimin artilleriyası Qəzza zolağının cənubunda, Rəfahın şimal-şərqində yerləşən Sofa bölgəsini də hədəfə alıb.
Sionist ordusunun Qəzzə zolağına hərtərəfli hücumları və mühasirəsi səbəbindən Qəzzə zolağı sakinlərinin sağlamlıq və humanitar vəziyyəti gündən-günə pisləşir.
Qəzzə zolağının Səhiyyə Nazirliyinin sözçüsü Əl-Cəzirə kanalına verdiyi açıqlamada işğalçı rejimin Qəzzə zolağının sakinlərinə qarşı aclıq müharibəsi adlanan yeni müharibəyə başladığını bildirib.
Aclıqdan ölən fələstinlilərin sayının artdığını bildirən sözçü, həyatını itirənlərin əksəriyyətinin fələstinli uşaqlar olduğunu və reanimasiyada olan uşaqların aclıqdan ölmək təhlükəsi ilə üzləşdiyini bildirib.
Qəzzə zolağının Səhiyyə Nazirliyinin sözçüsü qeyd edib ki, sionist işğalçılar bütün humanitar yardım təşkilatlarının fəaliyyətinə və Qəzzə zolağına humanitar yardım göndərilməsinə mane olublar.
O, həmçinin bildirib ki, işğalçı rejim qəsdən və bilərəkdən bölgə sakinlərinə qarşı soyqırım törətmək üçün Qəzza zolağına humanitar yardımların daxil olmasına mane olub.
4202686