IQNA

Avropa universitetlərində Fələstinə dəstək nümayişləri

3:13 - March 12, 2024
Xəbər sayı: 3495613
İQNA – Avropa universitetləri çərşənbə axşamı sionist rejimin Qəzza zolağında fələstinlilərə qarşı dağıdıcı müharibəsinə qarşı etiraz aksiyası keçirəcək.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi" saytına istinadən xəbər verir ki, bu böyük nümayişə yüz minlərlə tələbə, tədqiqatçı və universitet ustadlarının qatılacağı gözlənilir.

Hazırkı müharibə İsrailə böyük zərbə vurdu. Çünki Qərbin akademik hissəsi onun tarixi metodlarına və yalanlarına qarşı üsyan etdi.

Bu kontekstdə “Fələstində Müstəmləkəçiliyə Qarşı Akademik Koordinasiya” ustad və tələbələr də daxil olmaqla ali təhsil tədqiqatçıları və elmi tədqiqatçıların şəbəkəsidir. Onun məqsədi Fələstində soyqırım və müstəmləkəçilik müharibəsinə son qoymaqdır. Bu şəbəkə həm də Fələstindəki müharibəyə qarşı beynəlxalq hərəkatın bir hissəsidir.

Fransa universitetlərinin tədqiqatçıları da Avropa universitetlərinin bu hərəkatına qoşularaq, sionist rejimin Qəzzəyə təcavüzünü pisləyən və reaksiya verən bəyanat yayıblar.

Bu bəyanatda vurğulanan ən mühüm məsələlər dərhal qeyd-şərtsiz və daimi atəşkəs, Qəzza mühasirəsinin daimi olaraq aradan qaldırılması və fələstinlilərin təhsil hüququnun müdafiəsidir.

Bu hərəkat Avropa universitetlərinə xas olsa da, çərşənbə axşamı Amerika universitetlərinin də bu nümayişə qoşulması və sionist rejimin Qəzzada fələstinlilərə qarşı törətdiyi cinayətləri pisləməsi gözlənilir.

4204437

captcha