IQNA

Qəzzada ölənlərin sayı 31 min 341-ə yüksəlib

2:43 - March 15, 2024
Xəbər sayı: 3495634
İQNA - Sionist İsrail ordusunun xalqı ac və susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu və yardımların gəlməsinə mane olduğu Qəzza zolağına həyata keçirdiyi hücumlarda 2023-cü il oktyabrın 7-dən bu yana son 24 saatda ölənlərin sayı 69 artaraq 31 min 341-ə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 160 gündür hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 69 fələstinlini şəhid etdiyi, Qəzzada həyatını itirənlərin sayının isə 31 min 341 nəfərə yüksəldiyi bildirilib.

Açıqlamada, İsrail qüvvələrinin son hücumlarında daha 110 fələstinlini yaraladığı və Qəzza zolağında yaralananların ümumi sayının 73 min 134-ə çatdığı bildirilib.

Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi səbəbindən tibb qrupları və mülki müdafiə əməkdaşlarının cəsədləri çıxarda bilmədiyini qeyd edib.

TRT

captcha