IQNA

9:19 - May 02, 2024
Xəbər sayı: 3495874

ABŞ-da Fələstinə dəstək aksiyalarına San Fransisko Universitetinin tələbələri də qatılıb

İQNA - ABŞ-ın Kolumbiya Universitetində başlayan Fələstin tərəfdarı etirazlarda ölkənin ən qərb hissəsində yerləşən San Fransisko Dövlət Universitetinin (SFSU) tələbələri də qatılıb.

ABŞ-da Fələstinə dəstək aksiyalarına San Fransisko Universitetinin tələbələri də qatılıb

 

AA, ilk Kolumbiya Universitetində başlayan SFSU şəhərciyində "Qəzza Həmrəylik Düşərgəsi"nə bənzər 20-dən çox çadırın yerləşdirildiyini lentə alıb.

Universitet tələbələri təşkil etdikləri mitinqdə "Fələstinə Azadlıq" şüarları səsləndirərkən, yaydıqları vərəqədə universitet rəhbərliyindən istəyiblər: "Potensial tələbə nümayişlərinə qarşı polis qüvvələri göndərməkdən çəkinin. Tələbələrə qarşı akademik repressiyalardan qaçın və tələbələrin etiraz etmək hüququna hörmət edin".

Tələbə nümayəndələri SFSU-nun İsrail üçün hərbi texnika istehsal edən Lockheed Martin və HP kimi şirkətlərlə kommersiya müqavilələrinə son qoymasını tələb ediblər.

SFSU-da etirazlar Kaliforniyadakı Stanford və UC Berkeley universitetlərində davam edən nümayişlərdən sonra baş verdi.

ABŞ mətbuatının məlumatına görə, ölkə daxilində 70-dən çox universitetdə Fələstinə dəstək aksiyaları keçirilib, yüzlərlə tələbə polis tərəfindən saxlanılıb.

captcha