"İQNA", "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, “Azadlıq Donanması” fəallarından biri olan fransız-amerikalı beynəlxalq hüquq professoru Frank Romano illərdir Cənin düşərgəsində humanitar fəaliyyətlər həyata keçirir.
Romano əvvəlcə Mərakeşə getdiyini, ancaq arzusunun hər zaman Fələstinə getmək olduğunu bildirib: “Mərakeşdə müsəlmanlarla tanış oldum, sonra Kasablanka məscidinə getdim və o zamanlar sərgərdan gəzirdim və dinim yox idi, dedi.
Frank Romano daha sonra Framsaya qayıtdığını, daha sonra Fələstinə getdiyini və Cənin düşərgəsini ziyarət etdiyini bildirib.
“Mən Qurani-Kərimi ərəb, fransız və ingilis dillərində bir-bir oxumağa başladım və Fransaya qayıdanda müsəlman oldum”.
Frank Romano bildirib ki, onun İslama dönməsinə təsir edən, işğalçıların hər gün fələstinlilərin həyatını cəhənnəmə çevirməsinə, bütün yoxsulluq və ağrılara baxmayaraq, uduzmadıqlarına inanmalarıdır.
Fələstinlilərin inanclarının onlara böyük güc verdiyini ifadə edən Romano, “Bu, mənim daha dərindən öyrənmək və araşdırmam lazım idi. Mən buna görə müsəlman oldum” dedi.
Fələstinlilərin hüquqlarını müdafiə edən fəal kimi dəfələrlə Fələstinə gedən və 2018-ci ildə işğal olunmuş ərazilərdə həbs olunaraq deportasiya edilən Romano, rejimin hərbi cinayətlərini araşdırmaq üçün 2019-cu ilin sonlarında Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb.
4216376