IQNA

Tehranda Şəhid Rəisi və onu müşayiət edən rəsmilərin dəfn mərasimi

11:12 - May 22, 2024
Xəbər sayı: 3495997
İQNA - Tehranda helikopter qəzasında şəhid olan prezident Rəisi, xarici işlər naziri Əmir Abdullahian, Təbriz cümə imamı Məhəmməd Əli Ali Haşim və Şərqi Azərbaycan valisi Malik Rəhmətinin dəfn mərasimi keçirilib.

Helikopter qəzasında şəhid olan prezident Rəsi, xarici işlər naziri Əmir Abdullahian, Təbriz cümə imamı Məhəmməd Əli Ali Haşim və Şərqi Azərbaycan valisi Malik Rəhməti üçün Tehran Universitetinin hüseyniyyəsində dəfn mərasimi keçirilir.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei saat 09:00-da şəhidlər üçün cənazə namazı qılacaq.

Tehran əhalisi dəfn mərasiminə Fələstin bayrağı ilə qatılıb

Helikopter qəzasında şəhid olan respublika prezidenti və onu müşayiət edən nümayəndə heyəti üçün Tehranda dəfn mərasimi keçirilir. Tehran əhalisi mərasimə Fələstin bayrağı ilə qatılıb.

Mərasimdə Rəisinin müavini Müxbir iştirak edib

İran prezidentinin müavini Məhəmməd Muxbir helikopter qəzasında şəhid olan Prezident Şəhid Rəisi və Xarici İşlər Naziri Şəhid Əmir Abdullahian və onu müşayiət edən heyət üçün təşkil edilən dəfn mərasimində iştirak edib.

Dəfn mərasimində rəsmilər

Dəfn mərasimində Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iştirak edib.

Mərasimdə çıxış edən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, "Fələstin xalqı və müqavimət qrupları adından Qəzzadan İslam İnqilabının Rəhbərinə və İran xalqına başsağlığı vermək üçün gəldik" dedi.

Şəhidlərin cənazələri Tehran Universitetinə gətirilib

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei saat 09:00-da şəhidlər üçün cənazə namazı qılacaq.

Bu gün saat 16.00-da İran prezidentinin müavini Məhəmməd Muxbir və xarici işlər nazirinin müavini Əli Baqirinin iştirakı ilə xidməti yolun şəhidlərinin anım mərasimi keçiriləcək.

captcha