IQNA

BMT-nin Baş katibi İranın şəhid dövlət xadimlərinin uca məqamına ehtiramını bildirib

11:16 - May 26, 2024
Xəbər sayı: 3496022
İQNA - BMT-nin Baş katibi Antonio Quterreş cümə günü axşam yerli vaxtla Nyu-Yorkda İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndə heyətini ziyarət edərək, prezident Ayətullah Şəhid Seyid İbrahim Rəisi və İranın xarici işlər naziri Şəhid Hüseyn Əmir Abdullahianın xatirəsini ehtiramla yad edib.

"İQNA", "Əl-Aləm" saytına istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş mayın 24-ü yerli vaxtla cümə günü axşam saatlarında İran İslam Respublikasının BMT-dəki nümayəndəliyində iştirak etməklə İranın şəhid olmuş prezidenti və xarici işlər naziri və İran helikopterinin qəzaya uğraması nəticəsində həlak olan digər şəhidlərin xatirəsini ehtiramla yad edib.

Quterreş bu şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq İranın təşkilatdakı nümayəndəliyinin diplomatik memorial ofisində öz əli ilə mətn yazıb və imzalayıb.

Birləşmiş Millətlər Təşkilatının baş katibi daha sonra İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani ilə qısa səmimi görüş keçirib.

Quterreş İran səfiri ilə qısa görüşündə bu ürəkağrıdan qəzaya görə başsağlığı verib, bu şəhidlərin ailələrinə və böyük İran hökuməti və millətinə başsağlığı verib və İran səfiri də onun başsağlığı mesajını yüksək qiymətləndirib.

4218155

captcha