IQNA

Kufə məscidinin genişləndirmə planının icrasına başlanılıb

4:18 - June 12, 2024
Xəbər sayı: 3496132
İQNA - Kufə məscidinin rəhbərliyi ziyarətçilərə göstərilən xidmət səviyyəsini artırmaq və bu məscid üçün bir neçə həyət tikmək üçün kompleks layihəyə start verib.

"İQNA", "Əl-Sabah" saytına istinadən xəbər verir ki, Kufə məscidinin əməliyyat mühəndisliyi şöbəsinin müdiri Zərqam Muhyiddin bu layihənin bir neçə mərhələdən ibarət 10 illik plan olduğunu bildirib.
Bu genişləndirmə planının ilk pilləsində Müslim ibn Əqil (ə) həyətinin cənubunda Əbu Talib (ə) adlı həyət, Kufə məscidinin şimalında isə İmam Cavad (ə) adlı həyət var. İmam Həsənin (ə) qapalı həyətindən əlavə, təxminən 8 min kvadratmetrlik qonaq evi tikilməsi nəzərdə tutulur.
İkinci mərhələdə, xidmət layihələrinin tikintisi və ziyarətçilərin qəbulu və istirahət yerləri üçün Kufə məscidi ilə Meysəm Təmmar türbəsi arasında yerləşən torpağın mülkiyyətinin alınmasıdır.
Zərqam Muhyiddin məscidin ətrafının gündəlik təmizlənməsi ilə bağlı Kufə Bələdiyyəsi ilə əməkdaşlıq ediləcəyini, məscidin arxasındakı tarixi küçəyə elektrik enerjisinin verilməsi üçün Kufə Elektrik İdarəsi ilə koordinasiya aparılacağını bildirib.
4220753

captcha