"İQNA", "Arab News" saytına istinadən xəbər verir ki, həcc ziyarəti əksər insanlar üçün ömür boyu bir dəfə yaşana biləcək mənəvi bir səyahətdir və hər il dünyanın hər yerindən müsəlmanlar həcc ziyarətindən əvvəl Məkkə və Mədinədə bir araya gəlirlər.
Bu zəvvarlar arasında gərgin iş qrafikindən əl çəkib mənəviyyatla məşğul olan məşhurlar da var.
Bu adlar arasında keçmiş peşəkar hind tennisçisi Saniya Mirzə, yüngül çəkidə UFC çempionu İslam Mahaçev, Yeni Zelandiyalı ağır çəkidə boksçu və keçmiş reqbiçi Sonni Bill Uilyams, Malayziyada yaşayan hindistanlı İslam təbliğçisi Zakir Əbdül-Kərim Nayk, pakistanlı teleaparıcı və aktrisa Neda Yasir, pakistanlı aktrisa, rejissor və prodüser Rima Xanın adını çəkmək olar.
UFC çempionluğunu Dastin Puareyə uduzduqdan bir neçə gün sonra İslam Maxaçev ailəsi ilə birlikdə Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gedəcəyini bildirmişdi.
Saniya Mirzə sosial şəbəkələrdə İslamın beş sütunundan biri olan insan dəyişikliyinə aparan bu mənəvi səfərə hazır olduğunu bildirərək, X sosial şəbəkəsində bunları paylaşıb: "Günahlarım və qüsurlarım üçün bağışlanma diləyirəm. Qəlbim bu mənəvi yenilənməyə görə minnətdarlıqla doludur. Uca Allahdan duamı qəbul etməsini və məni bu müqəddəs yola hidayət etməsini diləyirəm. Ümid edirəm ki, daha yaxşı bir insan, təvazökar bir ürək və daha güclü imanla qayıdacağam.
Reqbi üzrə Dünya Kubokunu iki dəfə qazanan 43 oyunçudan biri olan Sonni Bill Uilyams X səhifəsində yazıb: “Əlhəmdülillah, Həcc ziyarətinə dəvət olundum”.
Pakistanlı teleaparıcı Neda Yaser Səudiyyə Ərəbistanına gedərkən İnstaqram hesabında bunları yazıb: "Dualarınızda məni unutmayın. Həcc ziyarətinə gedirəm. Bütün günahlarım və qüsurlarım üçün bağışlanma diləyirəm".
4221396