"İQNA", "Almasryalyoum.com" saytına istinadən xəbər verir ki, Misir Premyer Liqasında çıxış edən Modern İdman Klubu 31 yaşlı milli futbolçunun infarkt keçirdiyini və vəziyyətinin pisləşərək xəstəxanaya yerləşdirildiyini və dünyasını dəyişdiyini açıqlayıb.
Rifat ötən martda “Modern Future” komandasının “İttihad Alexandria” ilə matçında meydanda huşunu itirib və infarkt keçirib və sağaldıqdan sonra xəstəxanadan buraxılıb.
Misirli futbolçu Kefrul Şeyx vilayətinin Abşan kəndindəndir və kəndin ənənəvi Quran məktəbində Quran öyrənib. Müəlliminin verdiyi məlumata görə, Əhməd peşəkar futbolçu olduqdan sonra məktəbə maddi dəstək olub.
Doğma şəhərinin insanları və komanda yoldaşları onu tərifləyir, gözəl əxlaqlı bir insan kimi qiymətləndirirdilər.
Misir millisinin kapitanı, "Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah Rifatın vəfatından kədərləndiyini bildirib.
Salah X sosial şəbəkəsindəki paylaşımında "Allah ailəsinə və yaxınlarına güc versin" yazıb.
Cənazəsi doğulduğu kəndə aparıldıqdan sonra ailə qəbiristanlığında dəfn edilib.
4225451