IQNA

Yəmən: "Sionist rejimə lazımi cavabı verəcəyik"

9:12 - July 21, 2024
Xəbər sayı: 3496373
İQNA – Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri bildirib ki, ölkəsi sionist rejimin Hudeydə şəhərinə hücumuna lazımi cavabı verəcək.

Sionist rejimin Yəmənin liman şəhəri Hudeydəyə endirdiyi hava zərbələrindən sonra Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri açıqlama verib.
Seri bəyanatında sionist rejimə aid döyüş təyyarələrinin Yəmənin Hudeydə əyalətində mülki hədəflər olan elektrik stansiyaları, limanlar və yanacaq anbarlarını hədəfə aldığını bildirib və deyib: "Biz İsrailin bu açıq təcavüzünə reaksiya verəcəyik və düşmənin həyati hədəflərini vurmaqdan tərəddüd etməyəcəyik".
Yəhya Seri həmçinin vurğulayıb ki, bu gündən sonra Yəmən Qəzza xalqına dəstək üçün hərbi əməliyyatlarını daha da artıracaq.

captcha