"İQNA" xəbər verir ki, İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehrandakı hücum nəticəsində şəhid olması ilə bağlı başsağlığı məktubu dərc edib.
Ayətullah Xameneinin yaydığı mesaj belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Allah tərəfindəni və Ona tərəf də qayıdacayıq
Əziz İran xalqı!
"Fələstinin cəsur və görkəmli lideri cənab İsmayıl Haniyə dünən gecə dünyasını dəyişdi. Cinayətkar və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhadətə çatdırmaqla bizi kədərləndirdi, eyni zamanda, özü üçün ağır bir cəza hazırladı.
Şəhid Haniyə ömrünü şərəfli mübarizəyə həsr etmiş, şəhidliyə hazır idi. Eyni zamanda övladlarını, yaxınlarını müqavimət yolunda qurban verdi. İslam Respublikası ərazisində baş vermiş bu ağrılı hadisənin qisasını almağı özümüzə borc bilirik.
İslam ümmətinə, müqavimət cəbhəsinə, cəsur və qürurlu Fələstin xalqına, xüsusilə də şəhid Haniyənin ailəsinə, sağ qalanlara və onunla birlikdə şəhid olan dostuna başsağlığı verir və Allahdan bu şəhidlərin dərəcələrini yüksəlməsini diləyirəm".
Seyid Əli Xamenei
31 iyul 2024-cü il / məhərrəm ayının 25-i 1446-cı il
4229285