HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının yüksək rütbəli simalarından olan Heysəm Balidi işğal rejiminin pilotsuz təyyarə ilə onun avtomobilinə hücumu nəticəsində şəhid olub.
Sionist İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində Tulkərimə hava zərbəsi endirib. Hərəkətdə olan avtomobilin hədəf alındığı hücumda ümumilikdə 5 nəfərin şəhid olduğu bildirilib.
HƏMAS həmin şəxslərdən birinin Heysəm Balidi olduğunu təsdiqləsə də, digər 4 nəfərin kimliyi ilə bağlı açıqlama verilməyib.