IQNA

HƏMAS: "Qəssam Briqadaları komandiri Balidi şəhid oldu"

2:13 - August 05, 2024
Xəbər sayı: 3496472
İQNA – HƏMAS-ın hərbi qanadı olan “Qəssam Briqadaları”nın yüksək rütbəli simalarından olan Heysəm Balidi sionist İsrailin pilotsuz təyyarəsinin onun maşınına hücumu nəticəsində şəhid olub.

HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının yüksək rütbəli simalarından olan Heysəm Balidi işğal rejiminin pilotsuz təyyarə ilə onun avtomobilinə hücumu nəticəsində şəhid olub.
Sionist İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində Tulkərimə hava zərbəsi endirib. Hərəkətdə olan avtomobilin hədəf alındığı hücumda ümumilikdə 5 nəfərin şəhid olduğu bildirilib.
HƏMAS həmin şəxslərdən birinin Heysəm Balidi olduğunu təsdiqləsə də, digər 4 nəfərin kimliyi ilə bağlı açıqlama verilməyib.

Teqlər: həmas ، fələstin ، qəssam ، şəhid
captcha