IQNA

Bir il ərzində 281 milyon zəvvar Məscidün-Nəbini ziyarət edib

2:33 - August 14, 2024
Xəbər sayı: 3496530
İQNA – Məscidül-Həram və Məscidün-Nəbinin Ümumi Müdirliyi Məscidün-Nəbidə 281 milyondan çox insanın ibadət etdiyini açıqlayıb.

"Əl Vətən" saytının verdiyi xəbərə görə, Məscidül-Həram və Məscidün-Nəbinin Ümumi Müdirliyinin statistikasına əsasən, bu rəqəm əvvəlkinə nisbətən 25 milyon artıb.
Məscidül-Həram və Məscidün-Nəbi idarəsinin açıqladığı statistikada, sözügedən dövrdə təxminən 11 milyon kişi və qadının Məscidün-Nəbidəki Rəvzətuş-Şərifdə namaz qıldığı bildirilir.
Bu rəqəm əvvəlki illə müqayisədə 1,8 milyon artım göstərir.
Rəvzətuş-Şərif, Həzrət Məhəmmədin (s) məqbərəsinin yerləşdiyi məsciddir. Bu məkanı ziyarət etmək üçün Nusuq tətbiqindən istifadə edə bilərsiniz.
Məsciddə 9 imam və 20 müəzzin çalışmış, burada oxunan 52 xütbə 10 dilə tərcümə edilmişdir.
Bundan əlavə, bu müddət ərzində məsciddə 2500 Quran məclisi keçirilib və bu məclislərdə təxminən 50 min insan iştirak edib.
Bundan əlavə, məscidi ziyarət edən camaata və zəvvarlara bir milyondan çox Quran nüsxəsi paylanılıb.

Mescid-i Nebi’yi bir yılda 281 milyon hacı ziyaret etti

Mescid-i Nebi’yi bir yılda 281 milyon hacı ziyaret etti

Mescid-i Nebi’yi bir yılda 281 milyon hacı ziyaret etti


4231373

captcha