IQNA

Qatil İsrail, Cenindəki fələstinli ailələri köç etməyə məcbur edir

10:15 - September 02, 2024
Xəbər sayı: 3496604
İQNA - İşğal altındakı İordan çayının qərb sahilinin Cenin bölgəsində yaşayan fələstinli ailələr, qatil İsrail ordusunun hücumlarının 4 gündür davam etdiyi bir vaxtda əsgərlərin gücü ilə didərgin düşdüklərini bildirib.

“TRT Haber”in verdiyi məlumata görə, qatil İsrail ordusu tərəfindən didərgin düşən ailələrdən olan fələstinli qadın Urube Əş-Şələbi, İsrail ordusunun İordan çayının qərb sahilinin şimalında Cenin bölgəsinə etdiyi hücumlardan necə təsirləndiklərini danışıb.
Evlərinin Cenindəki Əl-Hisan meydanına yaxın olduğunu bildirən Şələbi, "Evimizə İsrail ordusu tərəfində şiddətli atəş açıldı" dedi.
Qatil İsrail ordusunun hücumlarında evlərinin zərər gördüyünü ifadə edən Şələbi, "Evin şüşələri qırıldı, güllələr divarları deşdi. Bu, bizi köməyə və atəşkəsə çağırmağa məcbur etdi" dedi.
Şələbi, "İsrail ordusu evimizə basqın edərək bizi bir otaqda saxladı. Daha sonra şəxsiyyət vəsiqələrimizi və mobil telefonlarımızı yoxladılar, daha sonra qardaşımı saxladılar" dedi.
İsrail əsgərlərinin onları evlərini tərk etməyə məcbur etdiyini bildirən Şələbi, evlərini tərk etmələri üçün onlara "dəqiqələr" verildiyini vurğuladı.
Cenindəki vəziyyətlə bağlı Şələbi, "Qaçqın düşərgəsinin sakinləri elektrik və suyun tamamilə kəsilməsi, eləcə də qida çatışmazlığı səbəbindən çox çətin vəziyyətdədir" dedi.

captcha