IQNA

Misirdə tələbələr üçün “Quran oxuma günü” layihəsinə start verilib

20:26 - September 02, 2024
Xəbər sayı: 3496607
İQNA – Misir Əl-Əzhər tələbələrin Quran öyrənmə və oxuma bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan “Quran oxuma günü” adlı innovativ layihənin həyata keçirildiyini bildirib.

"Əl-Misri Əl-Yəvm" saytı xəbər veri ki, "Əl-Əzhər" Təhsil Müəssisələri İdarəsi bildirib: "Təşəbbüsün məqsədi tələbələri Quranı əzbərləməyə, hər gün daha çox ayə oxumağa təşviq etmək, həmçinin onlar arasında rəqabət ruhunu stimullaşdırmaqdır".
Açıqlamada bildirilib ki, Əl-Əzhər nümayəndəsi Məhəmməd Əl-Duveyni tərəfindən idarə olunacaq bu layihə üçün Misirin müxtəlif əyalətlərindən 6 min 251 tələbə seçilib.
Əl-Əzhər Təhsil Müəssisələri Departamentinin rəhbəri İmən Əbdülgani layihənin avqustun 31-də baş tutduğunu və tam bir gün davam etdiyini bildirib.
O, həmçinin bildirib ki, Quran tilavəti günü ilə bağlı bütün tədbirlər lentə alınıb və yayımlanıb.
Əl-Əzhər Quran Müəssisələrinin Quran Məsələləri üzrə Baş Meneceri Əbul-Yəzid Səlamət də tələbənin savad səviyyəsini müəyyən etmək üçün imtahan keçirildiyini və oxuyub yaza bilmədiyi halda ona öyrədildiyini bildirib.
4234179

captcha