"İQNA"-nın "Əl-Cəzirə"-yə istinadən verdiyi məlumata görə, Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi sionist işğalçı ordunun son 24 saat ərzində Qəzza zolağında fələstinli mülki əhaliyə qarşı daha 3 qətliam törətdiyini bildirib.
Nazirlik əlavə edib ki, bu hücumlarda 34 fələstinli ölüb, 96 nəfər yaralanıb.
Bu şəxslərin ifadəsi ilə ötən il oktyabrın 7-dən Qəzzaya qarşı müharibədə şəhid olanların sayı 41 min 118 nəfərə, yaralananların sayı isə 95 min 125 nəfərə yüksəlib.
Yerli mənbələrə görə, Qəzza zolağında 10 mindən çox insan hələ də itkin düşüb və dağıntılar altındadır.