IQNA

Almaniyada daha bir İslam mərkəzi bağlanıb

9:39 - September 14, 2024
Xəbər sayı: 3496674
İQNA - Almaniya anti-islam hərəkətlərini davam etdirərək bu ölkədə daha bir İslam mərkəzinin fəaliyyətinə qadağa qoyub.

"İQNA"-nın "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, Almaniyanın Brandenburq əyalətinin daxili işlər naziri Mişel Stoubgen Fürstenvalde şəhərində "Əs-Salam" İslam Mərkəzinin fəaliyyətini dayandırmaq barədə əmr verib.
Bu əyalətin Daxili İşlər Nazirliyinin bəyanatına görə, bu mərkəz Avropa və Amerika ölkələri baxımından terrorçu qruplar kimi tanınan Həmas hərəkatı və Müsəlman Qardaşları ilə bağlıdır! Almaniya təhlükəsizlik qüvvələri də bu İslam mərkəzinin ofislərinə baxış keçirib.
Keçən ilin iyulunda İslam mərkəzi Almaniya hakimiyyəti tərəfindən anti-sionist icma kimi təsnif edilib. Həmçinin Almaniyanın Hamburq şəhərinin hakimiyyət orqanları Hamburq İslam Mərkəzinin rəhbəri Məhəmməd Hadi Müfəttihin ölkədən qovulduğunu açıqlayıb.
Almaniya Daxili İşlər Nazirliyi bu qərara əsasən, Müfəttihin sentyabrın 11-dək Almaniyanı könüllü olaraq tərk etməli olduğunu açıqlayıb. Məhəmməd Hadi Müfəttih 2018-ci ilin yayından bu İslam mərkəzinə rəhbərlik edir.
Almaniya Daxili İşlər Nazirliyinin iddiasına görə, bu qərar Hamburqda yerli kəşfiyyat idarəsinin araşdırmasından sonra qəbul edilib və bu mərkəzin Almaniyanın milli təhlükəsizliyinə təhdid olduğu qənaətinə gəliblər!
Hamburq İslam Mərkəzinin və ona bağlı təşkilatların Almaniyada ekstremist ideyaları təbliğ etmək ittihamı ilə fəaliyyətinin qadağan edilməsindən sonra Məhəmməd Hadi Müfəttihin ölkədən çıxarılması barədə sərəncam verilib.
4236274

captcha