Həzrət Məhəmmədin (s) mövludu münasibəti ilə Pakistanın Lahur şəhərində Məhfil Proqramı adı altında dünyanın ən böyük Quran ziyafəti tədbiri keçirilib.
85 mindən çox insanın iştirak etdiyi tədbir dünya mətbuatında geniş şəkildə işıqlandırılıb.
Böyük izdihamla keçirilən bu tədbir, Pakistanda ən böyük ictimai tədbirlərdən biri hesab olunub.
Daha əvvəl, İranın Məşhəd şəhərində dünyanın ən böyük Quran bayramı tədbiri İmam Rzanın (ə) məqbərəsində Məhfil proqramı adı altında təşkil olunmuşdu.