IQNA

Tehranda müsəlman qadınların beynəlxalq konfransının yekun bəyannaməsi oxunub

10:18 - September 22, 2024
Xəbər sayı: 3496722
İQNA - Müsəlman qadınların beynəlxalq toplantısı 38-ci Beynəlxalq İslam Birliyi Konfransının ilk günündə baş tutub.

Verilən xəbərə görə, Vəhdət Həftəsi ilə eyni vaxtda 38-ci Vəhdət Konfransının proqramları çərçivəsində “Birlik və müqavimətin gücləndirilməsində qadınların tərbiyəvi rolu” mövzusunda beynəlxalq müsəlman qadınlar toplantısı keçirilib.
Nəticədə İndoneziya, Əlcəzair, Amerika, Livan, Fələstin, Suriya, İraq, Fransa, Bəhreyn, Meksika, Peru, Pakistan, Əfqanıstan, Malayziya, Türkiyə, Braziliya və Hindistandan olan qadınlar bəyannamə dərc ediblər.
Yekun bəyanat belədir:
1-Qəzzə işğalçı sionistlərin bombardmanı altında olarkən İslam Birliyi Konfransı və Qadınların toplantısı baş tutdu.
2- Dünyanın hər yerindən müxtəlif millətlərdən, dillərdən və dinlərdən olan müsəlman qadınlar olaraq müsəlman birliyinin zəruriliyini və vahid İslam ümmətinin yaradılması səyini vurğulayırıq.
İnanırıq ki, əgər “birlik” sözünün əsl mənasını anlaya bilsək və separatçı fitnələrin toruna düşməsək, müqavimət yolu yekun qələbə ilə nəticələnə bilər.
3-Müsəlman qadınlar, Həmas və İslami Cihaddakı qardaş və bacılarımızın səyləri ilə yanaşı, fələstinli qadınların bənzərsiz müqavimətinə hörmətlə yanaşırıq. İşğalçı Qüds rejiminə qarşı mübarizə aparanların aslanların qucağında böyüdüklərinə və lazım gəldikdə canlarını verməkdən çəkinməyəcəklərinə ürəkdən inanırıq.
4-Dünya məzlum Fələstin xalqının yenilməz müqavimətinə şahid olduğu halda, bu amansız müharibədə kişi və uşaqları ilə çiyin-çiyinə müqavimət göstərən qadınların rolu həqiqətən və haqlı olaraq tərifə layiqdir.
5-Dünyanın şərqində və qərbində müxtəlif ölkələrdən Fələstin millətinin zülmünə müqavimət göstərən azad qız və qadınların xatirəsini unutmayacağıq. Bu qadınlar işğalçı rejimin cinayətlərini pisləyərkən cəsarətlə fəryad ediblər. Əli ibn Əbi Talibin (ə) dediyi kimi, “Zalıma düşmən ol, məzluma kömək et. "
Sonda iştirakçılar bu beynəlxalq qadın toplantısını təşkil etdiyinə görə İslam Məzhəblərinin Yaxınlaşması üzrə Dünya Forumuna təşəkkür ediblər.
4237608

captcha