Mərkəzi Asiya üzrə ekspert Əhməd Soltani "İQNA"-ya verdiyi "Azərbaycan hakimiyyətinin sükutu sayəsində təkfirçi düşüncələrin inkişafı" başlıqlı məqaləsində İran və Azərbaycan Respublikasının qonşu olması səbəbindən vəhhabi sələfilik ideyalarının yayılması və bu ölkədə İrana qarşı aparılan zəhərli təbliğat həm Azərbaycan, həm də İran İslam Respublikası şiələri üçün risklər yarada bilər.
Məqaənin mətni belədir:
Bu gün Azərbaycanda bütün şiə dini ayinləri və şüarları qadağan olunduğu halda, təkfirçi və vəhhabilər öz əqidələrini çox asan şəkildə təbliğ edirlər və onlar üçün hər cür şərait yaradılıb. Bu şərtlər Azərbaycan hökumətinin İsraillə geniş əlaqələri ilə yanaşı, ölkə siyasətçilərinin şiələrə qarşı hansı təhlükəli yanaşma nümayiş etdirdiyini göstərir.
Təxminən 9 milyon əhalisi olan, 95%-ni müsəlmanlar təşkil edən Azərbaycan, bəlkə də yeganə islam ölkəsidir ki, hökuməti İsraillə açıq və geniş siyasi, ticari və hərbi əlaqələrə malikdir və bu əlaqələrin genişləndirilməsinə önəm verir.
Ölkə əhalisinin təxminən 70%-ni şiələr təşkil etdiyi halda, Azərbaycan hökuməti son onilliklərdə İsraillə əlaqələrin genişlənməsinə paralel olaraq bu ölkənin dini strukturunu sıxışdırmağa və dəyişməyə çalışıb.
Azərbaycan sünniləri və şiələri uzun illər birlikdə sülh şəraitində yaşasalar da, hökumət tədricən bu ölkədə şiə partiyalarının fəaliyyətinə qadağa qoyub və bu partiyaların bir çox rəhbərlərini və fəal üzvlərini həbs edib.
Azərbaycan hökuməti çoxlu zəhərli təbliğatla ikinci Qarabağ müharibəsində İranı Ermənistanın himayədarı kimi təqdim edir. Türkiyə və İsrail rejimini isə Ermənistanla müharibədə bu ölkənin əsas dəstəkçiləri və qalib gəlməsinin səbəbləri kimi tanıtdırır.
Azərbaycanın Dağıstan bölgəsi ilə həmsərhəd olması və müsəlman cəmiyyəti arasında vəhhabi və ekstremist ideyaların bir az da özünü büruzə verdiyi Rusiyanın Çeçenistan Respublikası ilə yaxınlığı səbəb olub ki, bu vəhhabi hərəkatı Səudiyyə Ərəbistanı kimi dövlətlərin dəstəyi ilə yavaş-yavaş Azərbaycan xalqı arasında öz təsirini və təbliğatını şiəliyin qarşısında qoymaq məqsədi ilə genişləndirsin.
Vəhhabi hərəkatının fəaliyyəti və təşkilatçılığı o qədər genişlənib ki, son vaxtlar Rusiya ilə həmsərhəd meşələrdə bəzi vəhhabi şəxslər bu ölkənin polis qüvvələrinə hücum edərək, bir sıra təhlükəsizlik qüvvələrini öldürüb və yaralayıblar. təbii ki, Azərbaycan hökumətini öldürüb və yaralayıblar. Əlbəttə ki, hökumət, vəhhabilik hərəkatına qarşı bu ölkənin ictimai etirazını dayandırmaq üçün bu xəbəri senzura etməyə çalışdı.
4238532