Əvvəlki yazıda böhtan atmağın tərifi, onun dünyəvi və axirət təsirləri haqqında izahatlar verilmişdir. Böhtan atmaq əxlaqi rəzilətlərdəndir: “Mömin kişiləri möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır)” (Əhzab, 58). Mömin kişiləri və mömin qadınları heç bir iş görmədən incidənlər, şübhəsiz ki, küfr və açıq-aydın bir günah işlətmiş olurlar.) Bu fel insanın eybəcər daxili xüsusiyyətlərinin adından yaranmışdır. Bu pis davranış bəzi əxlaqi pisliklərdən qaynaqlanır, o cümlədən:
1. Düşmənçilik: İnsan bəzən düşmənçilik və kin atəşini söndürmək üçün başqasına yalandan böhtan atır, xoşagəlməz nisbətlər verir.
2. Həsəd: Bəzən insan başqasının ləyaqətinə və kamilliyinə paxıllıq edir və onun abrını aparmaq üçün ona böhtan atır.
3. Qorxu və cəzadan qaçmaq: Bəzən insan etdiyi səhvə görə cəzadan qorxaraq və ya ona verilən pis nisbəti aradan qaldırmaq üçün başqasına böhtan atır. Bu pisliklər ağacı sizə qeybətdən daha acı meyvə verəcək; çünki qeybətdə insanda olan həqiqi eyb və nöqsanlar ona nisbət verilir. Amma böhtanda onda olmayan bir şey ona nisbət verilir.
Bu dünyada böhtan atmağın təsirləri və nəticələri həm fərd, həm də cəmiyyəti əhatə edir. Başqasına bötan atan adam Allahın tədbirindən qaça bilməz və axırda rüsvay olar. Bu insan cəmiyyətdə tez tanınır və onun dəyəri və etibarı azalır. Böhtan atmaq insan cəmiyyətinə düşmənçilik toxumu səpir, dostluğu düşmənçiliyə çevirir. Böhtan atmaq kiçik və böyük ictimai vahidlərin formalaşması oxu olan inam və etibar hissini məhv edir və onların parçalanmasına səbəb olur. Bu xoşagəlməz sifət bütün münasibətlərə təsir edə, evlilikləri boşanmaya çevirə, ata-oğul münasibətlərini gərginləşdirə, ekstremal hallarda isə qətl kimi cinayətlərə səbəb ola bilər. Böhtan atmağın axirətdəki təsirləri ilə bağlı Həzrət Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, buyurur: "Kim mömin kişi və ya qadına böhtan atsa və ya ona olmayan bir şeyi aid etsə, Allah onu Qiyamət günü mömin qardaş və ya bacısı haqqında dediyi sözdən çıxması üçün od yığını üzərində dayandırar".