Fransa mətbuatının yazdığına görə, Torkuan şəhərindəki liseydə bir müəllimə hicablı şagirddən hicabını çıxartmasını tələb etdiyi üçün hücuma məruz qaldıqdan sonra bəzi müəllimlər hicablı şagirdə "ayrı-seçkiliklə mübarizə" üçün dəstək veriblər.
Xəbərə görə, Fransanın şimalındakı Torkuan şəhərində lisey şagirdi müəllimi məktəb daxilində dəfələrlə hicabını çıxarmasını tələb etdikdən sonra onu döyüb.
Həmin gün müəllimlər iş yerlərini tərk etdilər və məktəb bağlandı. Lakin bəzi müəllimlər həmkarlarını dəstəkləməyiblər.
“Le Journal du Dimanche” qəzetinin verdiyi xəbərə görə, 10-a yaxın müəllim hicablı şagirdə “ayrı-seçkiliklə mübarizə” prinsipindən danışaraq dəstək olub.
Tələbə polis tərəfindən tutularaq ədliyyəyə göndərilib. Onun məhkəmə iclası dekabrın 11-nə təxirə salınıb.
Toplanan məlumatlar və kamera görüntüləri müəllimin hekayəsini təsdiqləyir. Məktəbdən uzaqlaşdırılan şagird də hadisəni etiraf edib.
Şagird əvvəllər sentyabr ayında məktəbdə qeyri-qanuni islami geyim geyinib. Hücumdan sonra Fransanın Milli Təhsil Naziri Anne Genet çox sərt intizam cəzasının tətbiq edilməsini istəyib.
4242220