"İQNA", "Fələstin Əl-Yəvm" xəbər saytına istinadən xəbər verir ki, HƏMAS hərəkatı 18 oktyabr mətbuata açıqlamasında Yəhya Əl-Sinvarın şəhadəti ilə Fələstin xalqı, İslam ümməti və dünyanın azad xalqına başsağlığı verib.
Bu bəyanatda deyilir: "Sinvar ömrünü Fələstinə həsr etmiş və onun azadlığı üçün canını fəda etmiş nəcib və cəsur bir insan idi".
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Ərəb və İslam əlaqələri üzrə məsul siyasi büro rəhbərinin müavini Xəlil Əl-Həyyə də HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyünü rəsmən açıqlayıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Əl-Həyyə elan edib: "Həmas hərəkatı öz lideri Yəhya Sinvarın şəhadətini İslam və Ərəb ümmətinə təbrik deyir və başsağlığı verir.
O əlavə etdi: "Sinvar qəhrəmancasına şəhid oldu və həyatının son anına qədər İsrail işğalı ilə mübarizə etməyə davam etdi".
HƏMAS-ın bu yüksək vəzifəli rəsmisi dedi: "Şəhid Sinvar Şəhid Əhməd Yasinin yolunda əzəmətli şəhidlər karvanının davamçısı idi".
Həyyə vurğuladı: "Şəhidlərin qanı bizim azadlıq yolumuzu açacaq və sabitliyin davamlı olması üçün motivasiya olacaqdır".
O, bildirib: "Həmas öz yolunu Fələstin ərazisində paytaxtı Qüds Şərif olmaqla müstəqil Fələstin dövləti qurulana qədər davam etdirəcək".
HƏMAS hərəkatının siyasi büro rəhbərinin müavini elan edib: "Sinvarın və ondan əvvəlki rəhbərlərin şəhadəti HƏMAS-ın gücünü artıracaq".
Həyyə vurğulayıb ki, Qəzzəyə hücumlar dayandırılmadıqca, işğalçı qüvvələr Qəzzədən tamamilə çıxarılmasa və fələstinli məhbuslar həbs mərkəzlərindən azad olunmasa, sionist məhbuslar öz evlərinə qayıtmayacaqlar.
Qeyd edək ki, ötən gün sionist ordu rəsmi olaraq bəyanat verərək HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya əl-Sənvarı qətlə yetirdiyini bəyan etmişdi.
4243041