IQNA

Livan Hizbullahı tərəfindən Haşim Səfiyyuddinin şəhadətinin təsdiq edilməsi

4:01 - October 24, 2024
Xəbər sayı: 3496925
İQNA – Livan Hizbullahı bəyanat yayaraq, Hizbullahın icra şurasının rəhbəri Haşim Səfiyuddinin şəhadətini elan edib.

"İQNA"-nın "Əl-Məyadin"-ə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı Haşim Səfiyyuddinin ötən həftələrdə sionist rejimin onun və şəhid yoldaşlarının olduğu yerə hava hücumu nəticəsində şəhadətə çatdığını bildirib.
Livan Hizbullahının bəyanatında bu şərəfli şəhidin müqavimət qarşısındakı xidmətlərindən bəhs edilir və o, Hizbullahın mərhum baş katibi, şəhid Seyid Həsən Nəsrullahın ən yaxşı qardaşı adlandırılır.
Bu bəyanatda Səfiyyəddinin şəhadəti üçün Həzrət Sahibəz-Zamana (ə.f), Müsəlmanların Ali Rəhbəri Həzrət Ayətullah Xameneiyə, İslam dünyasının elmi hövzələrinə və bu şəhidin döyüşçü qardaşlarına başsağlığı verilmişdir.
Livan Hizbullahı sonda vurğuladı: Biz böyük şəhidimizə və onun şəhid qardaşlarına söz veririk ki, azadlıq və qələbə uğrunda müqavimət və cihad məqsədləri gerçəkləşənə qədər bu yolda davam edəcəyik.
4244014

Teqlər: livan ، hizbullah ، şəhid ، sionist rejim
captcha