Sionist rejimin Qəzza zolağında törətdiyi soyqırımı ilə bağlı sübutların Cənubi Afrika tərəfindən Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyi elan edilib.
Cənubi Afrika Prezidentinin Ofisindən verilən açıqlamada qeyd olunub: "Dosyada İsrail hökumətinin Qəzzada yaşayan fələstinlilərin məhv edilməsini təşviq edərək Soyqırım Konvensiyasını pozduğunu göstərən dəlillər var. Dəlillər İsrailin soyqırım aktları konkret soyqırım niyyətinə əsaslandığını, İsrailin soyqırımın təhrik və törədilməsinin qarşısını almaqda və soyqırımı qızışdıran və törədənləri cəzalandırmaqda uğursuz olduğunu göstərəcək".
Cənubi Afrika Prezidentliyi beynəlxalq məhkəməyə təqdim edilən faylın məzmununun ictimaiyyətə açıqlana bilməyəcəyini bildirib.
Cənubi Afrika 29 dekabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım iddiası qaldıraraq, sionist rejimin Qəzzə zolağına hücumlarının Birləşmiş Millətlər Təşkilatının Soyqırım Konvensiyasını pozduğunu bildirib.