IQNA

Əl-Əzhər məscidində on qiraət üslubu üzrə seminar keçirilib

10:37 - October 31, 2024
Xəbər sayı: 3496969
İQNA- İraəti-Əşərə (on qiraət) tilavəti seminarı oktyabrın 26-dan başlayaraq hər gün əsr namazından sonra Əl-Əzhər məscidində keçirilib.

"Əl-Bələd" saytının verdiyi xəbərə görə, Əşərə tilavəti seminarları zənciri Əl-Əzhər Məscidi Quran Müəllimlərinin Hazırlıq və Tədris Mərkəzinin himayəsi altında keçirilir.
Əl-Əzhər məscidinin rəsmisi Əbdümunim Fuat bildirib ki, bu seminarlarda hər gün on qiraət ilə Qurandan yarım cüz oxunur, on qiraətin əsasları və məktəbləri ətraflı izah edilir.
Seminarın digər məqsədlərinə on qiraət haqqında maarifləndirmək və iştirakçıların qiraət səviyyələrini gücləndirmək üçün müxtəlif alimlərin məruzələrinin oxunması daxildir.
Əl-Əzhər məscidinin müvəkkillərindən biri olan Hani, Əşərə tilavətinin mühüm İslam irsi olduğunu və Quran mədəniyyətinin və düzgün qiraət qaydalarının öyrədilməsinə kömək edəcəyini söylədi.
Hani həmçinin bütün Quran fəallarını seminarlarda iştirak etməyə və Quran tilavəti üzrə mütəxəssislərlə ünsiyyətdə olmaq fürsətindən istifadə etməyə çağırıb.
4244370

Teqlər: quran ، seminar ، qiraət ، Əl Əzhər
captcha