IQNA

Livanda şəhidlərin sayı 2 min 986-ya çatıb

16:40 - November 04, 2024
Xəbər sayı: 3496995
İQNA - Sionist işğalçı rejiminin oktyabrın 8-dən bəri Livana qarşı hücumlarında 2 min 986 nəfər şəhid olub, 13 min 402 nəfər yaralanıb.

Qatil rejimin Livana qarşı havadan və qurudan hücumları fasiləsiz olaraq davam edir.
Sionist rejim Suriyanın cənubunda yerləşən Sur şəhərinin Əl-Bəzuriyə qəsəbəsində İslami Sağlamlıq Müəssisəsinin qruplarını hədəfə alıb.
Hücumda 2 ilk yardım işçisi şəhid olub.
Sur şəhərinin Təbnin Dövlət Xəstəxanası yaxınlığında baş verən hücumda xəstəxana daxilində və xaricində cəmi 10 nəfər yaralanıb.
Livan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, işğalçıların son hücumları nəticəsində 18 nəfər şəhid olub, 83 nəfər yaralanıb.
Beləliklə, sionist rejimin hücumları nəticəsində şəhid olanların sayının 2 min 986 nəfərə çatdığı qeyd edilib.
Açıqlamada, yaralananların sayının 13 min 402-yə yüksəldiyi bildirilib.

captcha