İraq İslami Müqaviməti yazılı açıqlamada işğal altındakı ərazilərdə hərbi hədəfə pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb.
İraq İslami Müqavimətinin bəyanatında deyilir: "İşğalçılara qarşı müqavimətimiz və Fələstin və Livan xalqına yardımlarımıza uyğun olaraq və sionist rejimin mülki əhali, xüsusilə uşaq, qadın və qocalara qarşı qətliamlarına cavab olaraq, İslami müqavimət döyüşçüləri 7 noyabr 2024-cü il tarixində işğal olunmuş ərazilərdəki hərbi hədəfə pilotsuz uçuş aparatı ilə hücum ediblər". "Onu vurduqları" ifadə edilib.
Bəyanatda İraq İslami Müqavimətinin sionist rejimə qarşı əməliyyatlarının davam edəcəyi vurğulanıb.