İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, bu sərgi ötən il ilk dəfə Bosniyada, bu il isə ikinci dəfə müsəlman sənətkarların seçilmiş əsərləri ilə “Mavi səma altında iman” şüarı ilə keçirilib".
Sarayevodakı Qazi Hüsrev bəy muzeyində qorunan müxtəlif Quran əlyazmaları da sərgidə ziyarətçilərin marağına səbəb olub.
Xorvatiyanın Baş naziri Andrej Plenkoviç və İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Höccətül-İslam vəl-müslimin Mehdi İmanipur açılış mərasimində bir araya gəliblər. Plenkoviç Xorvatiya və İran mütəfəkkirləri arasında dinlərarası dialoqa müsbət yanaşaraq, bu dialoqların inkişafı və davam etdirilməsinə çağırıb.
O, dini və mədəni dialoqların problemlərin həllinə yol açdığını da vurğulayıb.
Bu mərasimdə Xorvatiya Baş Müftisi Əziz Hasanoviç və Bosniya və Herseqovina Üləma Rəhbəri Hüseyn Əfəndi Kavajeviç çıxış ediblər.
Sərgidən əlavə, 4-5 noyabr tarixlərində Zaqrebdə Xorvatiya və İran mütəfəkkirləri arasında “Dinlərarası dialoq sahəsində təcrübələr” adlı görüş keçirilib.
4246750