IQNA

Əlcəzairdə Quranın 25 cildlik təfsiri yazılıb

2:56 - November 16, 2024
Xəbər sayı: 3497060
İQNA - Əlcəzairli mütəfəkkir və siyasətçi Şeyx Əbucer Sultani uzun müddət inzivaya çəkildikdən sonra Qurana 25 cildlik təfsir yazmağa nail olub.

"Əl-Şuruq" saytının verdiyi xəbərə görə, Şeyx Sultaninin sosial şəbəkələrdəki rəsmi səhifəsində təfsirin noyabrın 10-u səhər saatlarında tamamlanaraq çapa hazır olduğu paylaşılıb.
Daruş-Şamiyyə Nəşriyyat Mərkəzi tərəfindən nəşr olunacaq bu əsər Əlcəzair Milli Kitabxanalarının dəyərli nailiyyətlərindən hesab olunur.
Şeyx Sultani bu 25 cildlik Quran təfsirini redaktə edib çapa hazırlamaq üçün 12 il çalışıb.
Əlcəzair İcma Sülh Hərəkatının keçmiş rəhbərinin 70 yaşı var və daha əvvəl təfsirini tamamlamadan ölməkdən qorxduğunu demişdi.
Bu əlcəzairli mütəfəkkir 2022-ci ildə "Əl-Şuruq" saytında bu təfsiri valideynlərinə və mərhum dostu Əli Fazılın ruhuna bağladığını bildirmişdi.
4247771

captcha