"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, Quantanamo həbsxanasında gözətçi işləyən Stiv Vud xidmət etdiyi müddətdə həbsxanadakı müsəlman məhbuslardan olan mavritaniyalı Məhəmməd Vələd Salahinin İslamı seçməkdə təsirli olduğunu qeyd edib.
Stiv Vud Quantanamo məhbusları sayəsində müsəlmanların həyatı və inancları ilə tanış olduğunu bildirərək, müsəlman olduqdan sonra ABŞ ordusundakı vəzifəsindən istefa verdiyini bildirib.
Salahi ilə görüşdükdən sonra həyatının dəyişdiyini bildirən Vud, Quantanamoda Əfqanıstandan gələn məhbusları qorumaqdan məsul olduğunu qeyd edib.
Vud gündəlik həyatda qarşılaşdığı çətin şərtlərə baxmayaraq dininə bağlılığı və amerikalı mühafizəçilərə qarşı yaxşı rəftarı ilə onu heyran edən Məhəmməd Salahla görüşdüyünü deyib.
Stev Vud qeyd edib ki, Quantanamo məhbuslarının müxtəlif işgəncələrə məruz qalmasına baxmayaraq, Salah sakit və nikbin insan olub və dininə dərin bağlılığı və onun təlimlərinə inandığı üçün mühafizəçilərə qarşı heç bir kin saxlamayıb.
Stiv Vud 2001-ci il 11 sentyabr hadisələrindən sonra cəmiyyətin İslama və Qərbdəki müsəlmanlara baxışı və qorxusu səbəbindən İslamı qəbul etdiyini bir müddət ailəsindən və dostlarından gizlətdi.
Vud bütün dünyada müsəlmanları hədəf alan nifrət və irqçilik halları ilə ciddi mübarizə aparmağın vacibliyini vurğulayıb.
4248310